- Transfer
- 13:54 26.11.2024
İngiltərənin "Tottenhem" klubu Orkun Kökçünü transfer etmək istəyir.
Corner.az xəbər verir ki, London təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün Rotterdam klubu ilə danışıqlara başlayıb. "Feyenoord" istedadlı oyunçuya görə qarşı tərəfdən 40 milyon avro təzminat məbləği tələb edir.
Qeyd edək ki, Orkun Kökçü Türkiyə millisinin və Niderland "Feyenoord"unun futbolçusudur. Həm də Azərbaycan millisinin üzvü olan Ozan Can Kökçünün qardaşıdır.