“Aston Villa”nın qapıçısı Emiliano Martines Argentina millisindəki komanda yoldaşı Lionel Messi ilə bağlı arzusunu dilə gətirib.
Corner.az xəbər verir ki, o, PSJ-nin hücumçusunu komandasına dəvət edib.
Martines bunun üçün fədakarlıq etməyə də hazırdı:
“Messini “Aston Villa”ya dəvət edirəm. Bura gəlsə ona mate hazırlayaram, hər həftəsonu qovurma bişirərəm. İnsanları onun üçün kiçik bayraqlar hazırlamağa səsləyəcəm. Leo burada yaxşı vaxt keçirər. Lazım gəlsə, Messi üçün maaşımı da kəsərəm”.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi iyunun sonuna qədərdi.