26 oktyabr 2024. Şənbə

“Çelsi” “Barselona”nın müdafiəçisini istəyir


  • Transfer
  • 12:06 24.05.2023
  • Oxunma sayı: 92
“Çelsi” “Barselona”nın müdafiəçisini istəyir
“Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az xəbər verir ki, Fransa millisinin üzvü “Çelsi”nin maraq dairəsinə düşüb.
 
25 yaşlı oyunçu müdafiənin mərkəzində çıxış etdiyi üçün komandasını dəyişmək niyyətindədi. Kunde sağ cinahda daha uğurlu olacağını düşünür. Fürsəti lehinə çevirmək istəyən “Çelsi” transferin reallaşması üçün kataloniyalılara 50+5 milyon avro təklif edib.
 
Qeyd edək ki, Jül Kunde “Barselona”ya ötən il “Sevilya”dan keçib.






Transfer