26 oktyabr 2024. Şənbə

Ulduz futbolçuya Səudiyyə Ərəbistanından təklif


  • Transfer
  • 12:23 24.05.2023
  • Oxunma sayı: 91
Ulduz futbolçuya Səudiyyə Ərəbistanından təklif
Daha bir ulduz futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Corner.az xəbər verir ki, söhbət “Çelsi”nin müdafiəçisi Tiaqo Silvadan gedir.
 
38 yaşlı braziliyalı adı açıqlanmayan Səudiyyə klublarından bir neçə təklif alıb. Silvanın londonlularla müqaviləsi gələn ilin yayına qədər qüvvədədi. Lakin baş məşqçi dəyişikliyindən sonra onun daimi oyun praktikasına yiyələnib-yiyələnməyəcəyi məlum deyil. Oyunçu özü yeni gələcək mütəxəssislə söhbətdən sonra qərarını verəcək.
 
Qeyd edək ki, Tiaqo Silva 2020-ci ilin avqustundan "Çelsi"də çıxış edir.






Transfer