6 dekabr 2025. Şənbə

Barselona'ya getməli


  • Transfer
  • 18:57 24.06.2019
  • Oxunma sayı: 535
Barselona'ya getməli

Kamerun millisinin və “Barselona”nın keçmiş futbolçusu Samuel Eto'o, “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah haqda fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Eto'o, Salaha “Barselona”ya getməyi məsləhət görüb:“Barselona” Salah üçün uyğun komandadır. Dünyanın ən yaxşı liqası olan İspaniya La Liqasına getmək şansı olsa, seçimi “Barselona” olmalıdır. Salah dünyanın ən yaxşı futbolçusu olmaq üçün hər şeyə sahibdir”.

Qeyd edək ki, Samuel Eto 2004-2009-cu illər aralığında “Barselona”da çıxış  edib.







Transfer