26 oktyabr 2024. Şənbə

Mbappeyə tandem tapıldı


  • Transfer
  • 15:19 24.05.2023
  • Oxunma sayı: 103
Mbappeyə tandem tapıldı
“Bavariya” aparıcı futbolçusu Camal Musialanı itirə bilər.

Corner.az xəbər verir ki, hücumçunu PSJ transfer etməyi planlaşdırır.

Parislilər 20 yaşlı ön xətt oyunçusunun irəlidə Kilian Mbappe ilə əla tandem təşkil edəcəyinə inanır. Musiala 2020-ci ildən “Bavariya”da çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi. PSJ keçid üçün qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, transfer qiyməti 110 milyon avroya bərabər göstərilən Musiala bu mövsüm 46 oyunda 15 qol vurub, 16 assist edib.






Transfer