“Real” gələn yay Kilian Mbappe və Erlinq Haaland arasında seçim edəcək.
Corner.az xəbər verir ki, “L'Équipe”nin məlumatına görə, Mbappe PSJ ilə müqaviləsini daha bir il uzatmaq variantını aktivləşdirmək niyyətində deyil, ona görə də gələn yay o, başqa kluba pulsuz transferlə getmək imkanı əldə edə bilər. Bu anda "Real" hücumu gücləndirmək üçün əhəmiyyətli bir qərar vermək niyyətindədir.
“Real” gələn yay dünya səviyyəli hücumçu ilə müqavilə imzalamağa çalışır və Mbappe ilə “Mançester Siti” dən Haaland arasında seçim etməkdə qərarlıdır.
Mbappenin keçən yay transferdən imtina etməsinə baxmayaraq, “Real” prezidenti Florentino Perez onun Haaland əvəzinə komandada olmasını üstün tutardı. “Real”, xüsusilə PSJ rəhbərliyi ilə pis münasibəti nəzərə alaraq, Klianı pulsuz transfer etməyə çalışır.