26 oktyabr 2024. Şənbə

İnyesta: "Barselona"ya qayıtmaq istərdim"


  • Transfer
  • 16:43 25.05.2023
  • Oxunma sayı: 116
İnyesta: "Barselona"ya qayıtmaq istərdim"

"Barselona"nın sabiq futbolçusu Andres İnyesta gələcəkdə Kataloniya klubuna qayıtmağı arzulayır.


Corner.az xəbər verir ki, bu haqda 39 yaşlı yarımmüdafiəçi özü danışıb. O deyib: “Həyatımın hansısa məqamında "Barselona"ya qayıtmaq istərdim. Amma düşünürəm ki, bu, hələ çox uzaqdadır. Mən futbol oynamaq istəyirəm. Hiss edirəm ki, bunu davam etdirə bilərəm.


Mövsüm başa çatada nə olacağını görəcəyik. Karyeramı azad agent kimi yox, meydanda futbol oynayaraq bitirmək istəyirəm".


Qeyd edək ki, İnyestanın mövsümün sonunda Yaponiyanın “Visel Kobe” klubundan ayrılacağı dəqiqləşib. İspaniyalı oyunçu "Barselona"nın yetirməsidir. O, 2002-2018-ci illərdə Kataloniya təmsilçisinin əsas komandasında çıxış edib.







Transfer