26 oktyabr 2024. Şənbə

Messi "Barselona"dan təklif almayıb


  • Transfer
  • 14:50 26.05.2023
  • Oxunma sayı: 114
Messi "Barselona"dan təklif almayıb
PSJ-nin futbolçusu Lionel Messi "Barselona"da komanda yoldaşları olmuş Serxio Buskets, Jordi Alba və Serji Roberto ilə görüşüb.

Corner.az xəbər verir ki, futbolçular ötən həftə Parisdə şam yeməyində bir araya gəliblər. Bu, "Barselona"nın çempionluğa görə bir günlük istirahəti zamanı olub. Söhbət zamanı keçmiş komanda yoldaşları Messidən gələcək planlarını soruşublar.

O isə "Barselona"dan təklif almadığını söyləyib.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Yayılan xəbərlərə görə, 35 yaşlı hücumçunu "Barselona" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu heyətinə cəlb etmək istəyir.






Transfer