14 dekabr 2025. Bazar günü

Harri Keynə qarşı Eden Hazard


  • Transfer
  • 19:55 26.05.2023
  • Oxunma sayı: 190
Harri Keynə qarşı Eden Hazard
“Real” Harri Keynlə bağlı danışıqlarını sürətləndirib.

Corner.az xəbər verir ki, La Liqa nəhəngi İngiltərə millisinin üzvü, "Tottenhem"in hücumçusu üçün yeni təklif hazırlayır.
 
“Kral klubu” bu dəfə Keynin müqabilində londonlulara müəyyən məbləğdə pul və hücumçusu Eden Hazardı təklif edəcək. Klub hesab edir ki, ingilislər bu təklifdən imtina etməyəcək. Çünki Hazard “Çelsi”də çıxış edərkən Premyer Liqada özünü təsdiqləməyi bacarıb.
 
Onu da vurğulayaq ki, Keynin “Tottenhem”lə müqaviləsi gələn ilin yayına qədərdi. 30 yaşlı Harri Keyn yeni sözləşmə təklifini hələlik qəbul etmədiyindən, onun bu yay komandadan ayrılma ehtimalı yüksək qiymətləndirilir.
 
Xatırladaq ki, Harri Keyn bu mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 28 qol vurub.






Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində