“Çelsi”nin qapıçısı Eduard Mendi yayda London klubunu tərk edəcək.
Corner.az xəbər verir ki, paytaxt təmsilçisi çərçivəni qoruyacaq yüksək səviyyəli bir qolkiper transferinə hazırlaşır.
Bunun üçün hazırkı iki qapıçıdan biri - Kepa Arrizabalaqa və ya Eduard Mendi satılmalıdı. Hər iki futbolçunun müqaviləsi 2025-ci ilə qədərdi. Kepanın yüksək maaşı onun başqa kluba keçidinə ciddi maneə törədir. Bu üzdən Mendinin satışı prioritet hədəfə çevrilib.
Qeyd edək ki, Mendi 2020-ci ildən “Çelsi”də çıxış edir. 31 yaşlı seneqallı bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb.