1 aprel 2026. Çərşənbə

Asensio PSJ ilə danışıqlar apardı


  • Transfer
  • 10:02 27.05.2023
  • Oxunma sayı: 130
Asensio PSJ ilə danışıqlar apardı
“Real Madrid”in hücumçusu Marko Asensio bu yay azad agent kimi PSJ-yə keçməyə yaxındır.

Corner.az xəbər verir ki, bu barədə “ESPN US” məlumat yayıb.

Mənbənin məlumatına görə, ispaniyalının nümayəndələri artıq Paris klubu ilə danışıqlar aparıb. Futbolçunun bütün təklifləri arasında PSJ-yə keçmək onun üçün ən cazibədar görünür. Futbolçuya "Aston Villa", "Yuventus" və "Milan" da maraq göstərir.

Daha əvvəl Asensionun 2023-cü ilin iyununda başa çatacaq müqaviləni yeniləməkdən imtina etdiyi və mövsümün sonunda Madrid klubunu tərk edəcəyi bildirilmişdi.






Transfer