1 aprel 2026. Çərşənbə

“Qarabağ”dan yeni transfer


  • Transfer
  • 11:08 27.05.2023
  • Oxunma sayı: 232
“Qarabağ”dan yeni transfer
“Qarabağ”ın bu yay transfer pəncərəsi zamanı heyətinə qatacağı ilk futbolçu müəyyənləşib.

Corner.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi “Zirə”nin fransalı futbolçusu Hamidu Keyta ilə tam razılıq əldə edib. Keyta dünən “Qarabağ”ın bazasında da olaraq danışıqların yekun mərhələsini aparıb. İyunun 30-u “Zirə” ilə müqaviləsi başa çatacaq Keyta Ağdam klubuna azad agent kimi keçəcək. Onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ko, Keyta bu ilin mart ayında "Qalatasaray"a qarşı keçirilən xeyriyyə matçında "Qarabağ"ın heyətində çıxış edib.


Xatırladaq ki, 28 yaşlı sol vinger 2022-ci ilin yanvarından “Zirə”də oynayır.







Transfer