- Transfer
- 13:54 26.11.2024
Azərbaycan millisinin müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan, icarə əsasında "Konyaspor"da çıxış edən futbolçusu Mahir Emreli haqqında yeni iddia ortaya atılıb.
Corner.az xəbər verir ki, bu barədə “Index.hr” məlumat yayıb. İddiaya görə, “Konyaspor” Emrelini birdəfəlik transfer etmək istəyir: “Ante Çaçiçin icarəyə göndərdiyi futbolçulardan biri də Mahir Emreli idi. Azərbaycanlı hücumçu daha çox oyun vaxtı qazanmaq istədiyi “Konyaspor”a yollandı. Türkiyə klubu onu təxminən 2 milyon avroya transfer etmək imkanı var. O, doqquz matçda bir qol vurub və Türkiyə klubu onu transfer etmək istəyir”.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, bu ilin fevral ayına icarə əsasında "Konyaspor"a keçib.