14 dekabr 2025. Bazar günü

Yaponiya millisinin üzvü “Milan”da


  • Transfer
  • 11:37 29.05.2023
  • Oxunma sayı: 169
Yaponiya millisinin üzvü “Milan”da
“Ayntraxt”ın yarımmüdafiəçisi Daiçi Kamadanın yeni komandası bəlli olub.

Corner.az xəbər verir ki, yaponiyalı oyunçu yeni mövsümdən “Milan”ın formasını geyinəcək.
 
27 yaşlı hücumameyilli oyunçu “rossonyerlər”ə azad agent kimi keçəcək. Çünki onun “Ayntraxt”la müqaviləsi iyunun sonuna qədərdi. O, yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. Kamada “Milan”a keçmək üçün Dortmund “Borussiya”sının təklifindən imtina edib.
 
Qeyd edək ki, Yaponiya millisinin üzvü bu mövsüm 32 Bundesliqa oyununda 9 qol vurub, 6 məhsuldar ötürmə verib.






Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində