6 dekabr 2025. Şənbə

İnter Barcelona'ya Nainqqolanı təklif edəcək, əvəzində isə ...


  • Transfer
  • 21:00 25.06.2019
  • Oxunma sayı: 436
İnter Barcelona'ya Nainqqolanı təklif edəcək, əvəzində isə ...

Antonio Contenin baş məşqçi təyin olunmasından sonra heyətini gücləndirmək üçün çalışan “İnter”, “Barcelona”nın futbolçusu Arturo Vidalı transfer etmək niyyətindədir.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu üçün “Barcelona”nın qapısını döyməyə hazırlaşan Milan təmsilçisi Kataloniya klubuna Raca Nainqqolanı təklif edəcək.Vidalın “Juventus”da baş məşqçisi olmuş Antonio Conte ilə yenidən birlikdə çalışmağa müsbət yanaşdığı, eyni zamanda, Nainqqolanın da “Barcelona”da çıxış etmək istədiyi iddia olunur.

Qeyd edək ki, Vidal, ötən mövsümdə keçirdiyi 53 oyunda 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer