“Goal” nəşri Avropa klublarının 2022/2023 mövsümündə ən uğurlu transferlərini açıqlayıb.
Corner.az xəbər verir ki, siyahıya 21 futbolçu daxil edilib.
2022-ci ilin ən yaxşı keçidinə İngiltərə klubu “Mançester Siti” imza atıb. “Şəhərlilər”in Dortmund “Borussiya”sından 51 milyon funt sterlinq qarşılığında heyətinə qatdığı norveçli hücumçu məhsuldarlığı ilə komandanın Premyer Liqa çempionluğuna öz töhfəsini verib.
Reytinqdə ikinci yeri “Napoli” ilə İtaliya çempionu olan gürcüstanlı forvard Xviça Kvaratsxeliya tutur. Ötən yay Almaniya “Bavariya”sını İspaniya təmsilçisi “Barselona”ya dəyişən Robert Levandovski isə ilk “üçlüy”ü qapayır.
1. Erlinq Holann (“Mançester Siti”, İngiltərə: 51 milyon funt sterlinq)
2. Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya: 9 milyon)
3. Robert Levandovski (“Barselona”, İspaniya: 42 milyon)
4. Kasemiro (“Mançester Yunayted”, İngiltərə: 70 milyon)
5. Kim Min Jae (“Napoli”, İtaliya: 16 milyon)
6. Qabriel Jezuş (“Arsenal”, İngiltərə: 45 milyon)
7. Niklas Süle (“Borussiya”, Dortmund, Almaniya: pulsuz)
8. Entso Fernandes (“Benfika”, Portuqaliya: 10 milyon)
9. Manuel Akanji (“Mançester Siti”, İngiltərə: 15 milyon)
10. Folarin Baloqun (“Reyms”, Fransa: icarəyə)
11. Sven Botman (“Nyukas”, İngiltərə: 35 milyon)
12. Aleksandre Lyakazett (“Lion”, Fransa: pulsuz)
13. Andre Zambo Anquissa (“Napoli”, İtaliya: 14 milyon)
14. Randal Kolo Muani (“Ayntraxt”, Almaniya: 14 milyon)
15. Xavi Simons (PSV, Niderland: pulsuz)
16. Andreas Kristensen (“Barselona”, İspaniya: pulsuz)
17. Andre Onana (“İnter”, İtaliya: pulsuz)
18. Take Kubo (“Real Sosyedad”, İspaniya: 6 milyon)
19. Paulo Dibala (“Roma”, İtaliya, pulsuz)
20. Aleksis Sançes (“Marsel”, pulsuz)
21. Mattiys De Liqt (“Bavariya”, Almaniya: 67 milyon)