Rusiyanın "Tümen" klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını İspaniyada davam etdirə bilər.
Corner.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə "ElPozo" maraqlanır.
Amma hələlik tərəflər arasında rəsmi danışıq olmayıb.
Braziliyaəsilli oyunçunun ötən il 150 min avro qarşılığında İspaniya təmsilçisi "Palma"dan "Tümen"ə keçdiyi vurğulanıb.