Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Mahmud Daud "Brayton"a keçməyə yaxındır.
Qol.az insayder Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Dortmund klubu ilə müqaviləsi iyunda başa çatacaq oyuçnu azad agent kimi sözügedəb kluba keçəcək. 27 yaşlı oyunçu ilə 4 illk müqavilə imzalanacaq.
Qeyd edək ki, Daud Bundesliqada "Borussiya"nın heyətində 9 oyun keçirib, qol vurmayıb.