26 oktyabr 2024. Şənbə

"Neftçi" və "Qəbələ"nin sabiq futbolçusu Kipr klubundan ayrıldı


  • Transfer
  • 16:50 30.05.2023
  • Oxunma sayı: 101
"Neftçi" və "Qəbələ"nin sabiq futbolçusu Kipr klubundan ayrıldı
"Qəbələ" və "Neftçi"nin sabiq futbolçusu Baqali Dabo "Apollon"dan ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə fransalı hücumçu öz İnstaqram hesabında paylaşım edib. 34 yaşlı forvard yazıb:

"Üç ildən sonra çox söz deməyə ehtiyac yoxdur. "Apollon" kitabını bağlamaq vaxtıdır. Hər şey yaxşı təcrübə idi. Kluba təşəkkür edirəm".

Qeyd edək ki, Dabo 2016-2018-ci illərdə “Qəbələ”, 2018-2020-ci illərdə “Neftçi”də oynayıb.






Transfer