"Çelsi"də icarə əsasında oynayan Joao Feliks bu mövsüm başa çatdıqdan sonra "Atletiko"ya qayıdacaq.
Corner.az Fabrizio Romanonun "Tvitter" hesabına istinadən xəbər verir ki, bu barədə Madrid klubunun prezidenti Enrike Serezo məlumat verib: “Bizə məlumat verildi ki, Poçettino Joao Feliksə güvənmir. O, bura qayıdacaq, görəcəyik... Biz heç nə planlaşdırmadıq”.
Feliks bu ilin yanvarında 2022/23 mövsümünün sonuna qədər icarə əsasında "Çelsi"yə keçib. Portuqaliyalı oyunçu klubun heyətində 20 oyuna çıxıb və 4 qol vurub.