“Fənərbaxça”nın baş məşqçisi Jorje Jezuşla bağlı söz-söhbət səngimək bilmir.
Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis daha bir federasiyanın maraq dairəsinə düşüb.
Braziliyadan sonra indi də Səudiyyə Ərəbistanı millisinin 68 yaşlı mütəxəssisə tapşırılması variantı ortaya çıxıb. Onun yayda Türkiyə klubunu tərk etməsi gözlənilir. Çünki “Fənərbaxça”nın Super Liqada çempionluq şansı minimumdu.
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə çempionatında sona iki tur qalmış lider “Qalatasaray”dan 5 xal geri qalır.