26 oktyabr 2024. Şənbə

Benzema “Real”dan gedir


  • Transfer
  • 10:47 31.05.2023
  • Oxunma sayı: 93
Benzema “Real”dan gedir

"Real"ın hücumçusu Kərim Benzema klubunu tərk etmək istəyir.

Corner.az "AS" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu mövsümün sonunda Madrid klubundan ayrılmağa yaxındır.

35 yaşlı hücumçuya Səudiyyə Ərəbistanından təklif gəlib. Adı açıqlanmayan klub ona vergidən azad olmaqla, illik 200 milyon avro maaşla iki mövsümlük müqavilə təklif edib. Həmçinin, futbolçunun Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin 2030-cu il dünya çempionatına namizədliyinin səfiri kimi böyük məbləğdə pul qazanmaq imkanı var.

Qeyd edək ki, 2009-cu ildən "Real"da çıxış edən Benzema  La Lqiada bu mövsüm 23 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə verib.








Transfer