26 oktyabr 2024. Şənbə

“Turan Tovuz”dan 1 transfer, daha 3 ayrılıq


  • Transfer
  • 12:13 31.05.2023
  • Oxunma sayı: 147
“Turan Tovuz”dan 1 transfer, daha 3 ayrılıq

\"Turan Tovuz” yay fasiləsində ilk transferini edib.

Corner.az xəbər verir ki, bu barədə Qol.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, “Sumqayıt”a müqaviləsi başa çatan qapıçı Aydın Bayramovu heyətə cəlb etdiklərini bildirib.

Baş məşqçi müqaviləsi başa çatan və komandadan ayrılması ilə bağlı xəbərlər yayılan futbolçular haqda da danışıb: “Siyandanın adını niyə çəkirlər, bilmirəm. Siyanda Xulu, Natan Oduva, Runi Eva ilə danışıqları davam etdiririk. Divine Naahla yollarımızı ayıracağıq. Qarşıdakı 10 gün ərzində bütün futbolçularla bağlı məsələlərdə dəqiq qərar veriləcək”. 

A.Abbasov icarə müqaviləsi başa çatan 3 oyunçu haqda da qərar verildiyini bildirib: “Çox güman ki, Şakir Seyidov “Sabah”a qayıdacaq. Turan Vəlizadə “Neftçi”yə dönür. Xəyal Nəcəfovla bağlı isə “Neftçi” ilə danışıqlarımız müsbət nəticələnib, komandada qalacaq”.  

A.Abbasov yeni transferlərin olacağını deyib: “Təbii ki, gedəcək futbolçuların yerini doldurmalıyıq. Həm də yeni mövsüm daha çətin keçəcək. Buna görə də transfer işlərimiz gedir. Razılaşdığımız yoxdur, amma bəyəndiyimiz futbolçular var. Hazırda bilirsiniz ki, futbolçular tez qərar vermək istəmirlər, seçim edirlər, ölkəmizi, çempionatımızı, komandanı araşdırırlar. Amma danışıq apardığımız oyunçular var”. 








Transfer