1 oktyabr 2026. Cümə axşamı

Qəbələ'nin futbolçusu Sabah'da


  • Transfer
  • 16:40 26.06.2019
  • Oxunma sayı: 499
Qəbələ'nin futbolçusu Sabah'da

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah”  heyətinə yeni futbolçu cəlb edib.

Corner.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan futbolçu Bəhlul Mustafazadəni transfer edib. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan oyunçu karyerası ərzində "Sumqayıt"ın da formasını geyinib. Müstafazadə Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub. O, son olaraq əsas milli komandaya da dəvət alıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir