26 oktyabr 2024. Şənbə

"Mançester Yunayted" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi


  • Transfer
  • 14:29 01.06.2023
  • Oxunma sayı: 109
"Mançester Yunayted" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi
"Mançester Yunayted" "Çelsi"nin futbolçusu Meyson Mountla razılaşıb.

Corner.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb. Futbolçu özü də "Çelsi"dən ayrılmaq istəyirdi. Onun London təmsilçisi ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Amma "Çelsi" oyunçusu üçün ən yüksək məbləği almaq niyyətindədir.

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq klubun Meysonu aacağından əmindir. 24 yaşlı futbolçunun xidmətində "Liverpul" və " Arsenal" da maraqlı olsa da, onun bu yay "Mançester Yunayted"ə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Meyson İngiltərə Premyer Liqasının 2022/23 mövsümündə 24 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.






Transfer