26 oktyabr 2024. Şənbə

Azərbaycanda oynadığı klubdan ayrıldı


  • Transfer
  • 15:34 01.06.2023
  • Oxunma sayı: 113
Azərbaycanda oynadığı klubdan ayrıldı
"Səbail"in ötən yay "Şaxtyor"dan (Donetsk) icarəyə götürdüyü Maksim Çex paytaxt klubundan ayrılacaq.

Corner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin başa çatan sözləşməsini uzatmaq mümkün olmayıb. Ona görə də Çex müqavilə ilə məxsus olduğu "Şaxtyor"a qayıdacaq.

Qeyd edək ki, Maksim Çex 2019-cu ildə Ukraynanın U-20 milli komandası ilə dünya çempionatının qalibi olub.

O, 2022/23 mövsümü Misli Premyer Liqasında 29, Azərbaycan kubokunda 2 matç daxil olmaqla "Səbail"də ümumilikdə 31 oyun keçirib, 2 qol vurub.







Transfer