- Transfer
- 19:12 13.12.2025
Sumqayıt'ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, UEFA A kateqoriyalı məşqçi Edu Karo İspaniyanın "CF Esplugenc", "CF Damm", "Terrassa FC", "CF Gavà" və Səudiyyə Ərəbistanının "Al-Hilal" komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb