Serxio Buskets "Barselona"dan ayrılma qərarından danışıb.
Corner.az xəbər verir ki, futbolcu bu barədə “Marca"ya açıqlama verib. O bildirib:
“Uzun müddətdi həyat yoldaşımla birgə bu haqda düşündüm. Müəyyən bir nöqtədə az-çox qərarlı idim, amma hər gün məşqə gedəndə baş məşqçimiz və komanda yoldaşlarıma görə, bu qərarımı təsdiqləməkdə çətinlik çəkirdim".
Xatırladaq ki, "Barselona"nın yetirməsi olan Buskets 2008-ci ildə əsas komandada debüt edib. İspaniya millisinin üzvü kataloniyalıların heyətində 718 oyuna 18 qol vurub və 45 məhsuldar ötürmə verib.
34yaşlı yarımmüdafiəçi "Barselona" ilə 8 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və super kubokunu qazanıb, 3 dəfə Çempionlar Liqasının, UEFA super kubokunun və Klublararası dünya çempionatının qalibi olub.