“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi növbəti əcnəbisi ilə vidalaşıb.
Söhbət yarımmüdafiəçi Franko Mazurekdən gedir.
Komandanın ən yaxşılarından olan argentinalı ilə başa çatan müqavilə yenilənməyib. Bununla da “Səbail”i tərk edən əcnəbi sayı 6-ya yüksəlib.
Mazurekə qədər Kizito Luvaqa, Qoba Zakpa, Qustavo de Fransa, Petro Stasyuk və Maksim Çex də yola salınıb.