1 aprel 2026. Çərşənbə

Çempionluq və kuboku qazandı, istefaya göndərildi


  • Transfer
  • 15:41 02.06.2023
  • Oxunma sayı: 188
Çempionluq və kuboku qazandı, istefaya göndərildi
Sloveniyanın “Olimpiya” klubu baş məşqçisi Albert Riera ilə yolları ayırıb.

Corner.az xəbər verir ki, bu barədə Lyublyana təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Olimpiya” Sloveniya çempionatında 2022/2023 mövsümünün qalibi olub. Komanda ölkə kubokunu da qazanıb. Riera ötən ilin yayından "Olimpiya"nı çalışdırırdı. "Qalatasaray"ın sabiq futbolçusu məşqçiliyə də İstanbul klubunda başlayıb. O, 2020-2022-ci illərdə "Qalatasaray"da köməkçi məşqçi kimi çalışıb.






Transfer