"Adana Dəmirspor"la yollarını ayıran təcrübəli çalışdırıcı Vinçenzo Montella “Fənərbaxça” komandasına rəhbərlik edə bilər.
Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, Superliqada ikinci pillədə qərarlaşan və çempionluğu əzəli rəqibi “Qalatasaray”a uduzan “Fənərbaxça”nın baş məşqçisi Jorge Jezuşun yerinə “Adana Dəmirspor”da oynadığı oyunla diqqət çəkən italyan Montellaya təklif göndərdiyi vurğulanıb.
Hətta İstanbul nəhənginin rəhbərliyi 48 yaşlı mütəxəssis ilə görüşüb və bu görüşdə rəsmi iki illik təklifini də bildirib.
Tərəflərin razılaşdığı təqdirdə imzaların qısa zamanda atılacağı gözlənilir.
Qeyd edək ki, italyan çalışdırıcı 2021-ci ildən "Adana Dəmirspor"un sükanı arxasında idi. Jorge Jezuş isə 2022-ci ildən İstanbul təmsilçisini çalışdırır.