"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Corner.az xəbər verir ki, "dənizçilər" Ruslan Hacıyevlə vidalaşıb. Onunla mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. 25 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, paytaxt təmsilçisi daha əvvəl Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də vidalaşıb.