Yeni mövsümdə həm liqa, həm də Çempionlar Liqasını qazanmaq istəyən "Real Madrid" hücum xəttini gücləndirmək üçün işlərə başlayıb.
Corner.az xəbər verir ki, La Liqa çempionluğu yarışında "Barselona"ya uduzan və Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə məğlub olaraq mübarizədən kənarlaşdırılan "Real" klubu növbəti mövsüm üçün heyətin qurulması və transfer səyləri sürətləndirib.
Belə ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti Kərim Benzema ilə bağlı vəziyyətə görə komandaya yeni hücumçu kimi “Tottenhem”dən Harri Keyn və “Çelsi”dən Kay Havertsi ilkin namizəd hesab edir. İngilis forvardın ölkəsində qalması səbəbi ilə "Kral klubu" Haverts üçün ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, alman oyunçu bu mövsüm London klubu ilə 47 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.