- Transfer
- 13:54 26.11.2024
İngiltərə "Mançester Siti"si yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyə start verib.
Corner.az xəbər verir ki, "şəhərlilər" "Leypsiq"in müdafiəçisi Josko Qvardiolu xidmətində maraqlıdı.
İngiltərə nəhəngi "Bavariya" və "Çelsi"nin də hədəfində olan xorvat oyunçu üçün yaxın günlərdə danışıqlara başlayacaq.
İddiaya görə, "Mançester Siti" 21 yaşlı futbolçu üçün 101 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, gənc futbolçu Bundesliqa klubunda 2021-ci ildən çıxış edir.