- Transfer
- 13:54 26.11.2024
Norveçli forvard Erlinq Haland İngiltərə "Mançester Siti"sinin onu niyə transfer etdiyini açıqlayıb.
Corner.az xəbər verir ki, 22 yaşlı futbolçunun fikrincə, "şəhərlilər" hər üç kuboku (Premyer Liqa, İngiltərə kuboku, Çempionlar Liqası) qaldırmaq istədiyi üçün bu addımı atıb.
Qeyd edək ki, gənc oyunçu bu mövsüm "Mançester Siti" forması ilə 52 qola imza atıb.
Əlavə edək ki, Premyer Liqada çempion olan "Mançester Siti" Çempionlar Liqasının finalında Türkiyədə "İnter"lə qarşılaşmadan əvvəl İngiltərə Kubokunun finalında "Mançester Yunayted"lə qarşılaşacaq.