Argentina millisinin futbolçusu Anxel Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər.
Corner.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira bildirib.
O, "Qalatasaray" İtaliyanın "Yuventus" klubu ilə müqaviləsi yayda başa çatacaq 35 yaşlı yarımmüdafiəçi ilə maraqlandığını vurğulayıb. Bundan əlavə, Portuqaliya çempionu "Benfika" da təcrübəli oyunçunu heyətində görmək istəyir.
Qeyd edək ki, Di Mariya cari mövsüm Turin təmsilçisində 39 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildə Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.