7 dekabr 2023. Cümə axşamı

Cud Belingemin yeni komandası bəlli oldu


  • Transfer
  • 12:41 03.06.2023
  • Oxunma sayı: 79
Cud Belingemin yeni komandası bəlli oldu
Almaniya Dortmund "Borussiya"sının futbolçusu Cud Belingem bundan sonra İspaniya nəhəngi "Real Madrid"in uğurları üçün çalışacaq.

Corner.az xəbər verir ki, ingilis yarımmüdafiəçi "Kral klubu"na keçməyə razılıq verməsi, madridlilərin azarkeşlərini həyəcanlandırıb.

Bildirilir ki, 19 yaşlı oyunçu artıq Madrid şəhərində ev axtarmağa da başlayıb. 

Madrid klubunun Belingem üçün dortmundlulara 100 milyon funt sterlinq ödəyəcəyi gözlənilir. Gənc oyunçu isə yeni klubu ilə 6 illik müqavilə imza atacaq.

Qeyd edək ki, Belingem  cari mövsüm çempionatda 31 matçda meydana çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. 




Transfer

"Roma"dan Mourinyo qərarı
  • Transfer
  • 01:01 07.12.2023
"Roma"dan Mourinyo qərarı