26 oktyabr 2024. Şənbə

Məşhur futbolçu klubsuz qaldı


  • Transfer
  • 01:03 04.06.2023
  • Oxunma sayı: 111
Məşhur futbolçu klubsuz qaldı

İspaniya "Real Madrid"i hücumçusu Eden Hazardla yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 2024-cü ilə qədər müqaviləsi olmasına baxmayaraq 32 yaşlı futbolçu ilə vidalaşdığını vurğulayıb. 

Bildirək ki, belçikalı ulduz 2019-cu ildə "Çelsi"dən 115 milyon avroya transfer olmuşdu.

Təcrübəli oyunçu yaşadığı şəxslərlə "Real" karyerasını özünü göstərə bilmədi və Londondakı super ulduz imicindən uzaq düşdü.

"Çelsi" ilə iki dəfə Premyer Liqanı qazanan forvard, son olaraq 2018-19'da Avropa Liqasının kubokunu qazanaraq ayrılmışdı.

Zədələlərdən xilas ola bilmədi 

"Çelsi" karyerasında 14 dəfə zədələnən Hazard, "Real Madrid"də 18 dəfə sıradan çıxdı. Belçikalı oyunçu "Çelsi"dəki zədə sayını 7 ildə yaşasa da,  "Real"da olan sayı 4 ilə yaşayıb. 

Özünə fikir vermədiyi və məşqlərdən kifayət qədər uzaq qalan futbolçu artıq karyerasında aşağıya doğru yuvarlanıb.

Hələ iki əvvəl Hazardla işləyən baş məşqçi Joze Mourinyo da bu vəziyyətə toxunmuşdu. Portuqaliyalı mütəxəssis belçikalı üçün; 'Onun möhtəşəm bir futbolçu olduğunu görürsünüz ama məşqlərdə çox bərbaddır. Meydana çıxanda onun istedadını görürsünüz ama kifayət qədər öz üzərində çalışmırdı."

Karyerasını başa vura bilər 

Hazırda klubsuz qalan Hazard əgər kifayət qədər yaxşı təklif almazsa, karyerasını başa vura bilər.







Transfer