26 oktyabr 2024. Şənbə

Mak Allisterin yeni komandasını açıqladılar


  • Transfer
  • 11:45 04.06.2023
  • Oxunma sayı: 151
Mak Allisterin yeni komandasını açıqladılar
Premyer Liqanın ulduzlarından olan "Brayton"un futbolçusu Aleksis Mak Allisterin qohumu, əmisi oğlunun yeni komandası ilə bağlı açıqlama verib.

Corner.az xəbər verir ki,  Malayziyanın "Perak" komandasında çıxış edən Lusiano Quaykoçea, argentinalı ulduzun yay transfer pəncərəsində “Brayton”dan ayrılacağı xəbəri yayılandan sonra qohumunun növbəti komandası ilə bağlı ipucu verib.

Əmisi oğlunun gələcəyi ilə bağlı suala 31 yaşlı Quaykoçea, Astro Arena-ya deyib: "Onun harada oynayacağını deyə bilmərəm, amma düşünürəm ki, hamı onun "Liverpul"a yaxın olduğunu bilir. Böyük komandadır. Ümid edirəm ki, o, yaxşı çıxış edəcək ."







Transfer