- Transfer
- 18:40 23.11.2024
2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
***
Qəbələ'nin heyətinə qatmağa hazırlaşdığı Kutaisi "Torpedo"sunun futbolçusu Merab Qiqauri Bakıya gəlib.
Corner.az xəbər verir ki, bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, bu gün 26 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanacaq. Sözləşmənin müddəti 1 illikdir.
Qeyd edək ki, "Torpedo"nun yetirməsi olan Qiqaurinin karyerası əsasən öz ölkəsi ilə bağlıdır. Müxtəlif vaxtlarda Gürcüstanın "Metallurq" (Rustavi), "Spartak" (Tsinvali), "Kolxeti-1913" klublarında çıxış edən təcrübəli oyunçu 2011-2012 mövsümündə Polşa "Yagelloniya"sının da formasını geyinib.
Xatırladaq ki, "qırmızı-qaralar" buna qədər "Zirə"dən Kamal Mirzəyevlə Sadiq Quliyevi, həmçinin ispaniyalı futbolçu Fernan Ferreyranı transfer edib.(qol)