6 dekabr 2025. Şənbə

Sabah fransalı futbolçu aldı


  • Transfer
  • 14:35 27.06.2019
  • Oxunma sayı: 510
Sabah fransalı futbolçu aldı

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətinə yeni futbolçu cəlb edib. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Qvineya əsilli fransalı futbolçu Amadu Diallonun keçidini həll edib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

Diallo karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib. Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.

Qeyd edək ki, bu, "Sabah"ın mövsümlərarası fasilədə 6-cı transferidir. Bakı klubu daha əvvəl Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Bəhlul Mustafazadəni heyətinə qatıb.







Transfer