1 aprel 2026. Çərşənbə

“Qəbələ” legioneri ilə sağollaşır?


  • Transfer
  • 12:40 05.06.2023
  • Oxunma sayı: 148
“Qəbələ” legioneri ilə sağollaşır?
Tarixində ikinci dəfə Azərbaycan Kubokunu qazanan “Qəbələ” bəzi futbolçularla yollarını ayıracaq.

Corner.az xəbər verir ki, “qırmızı-qaralar”ı tərk edəcək ilk əcnəbi oyunçu bilinib.
 
Bu, ukraynalı yarımmüdafiəçi Andrey Strijakdı. Ötən ilin yayında heyətə cəlb olunan 24 yaşlı orta sahə oyunçusunun müqaviləsində müddəti daha 1 il uzatmaq bəndi var idi. Lakin Strijakın çıxışından razı qalmayan məşqçilər korpusu buna ehtiyac duymayıb.
 
Qeyd edək ki, Andrey Strijak başa çatan mövsüm Premyer Liqada cəmi 6 oyun keçirib.






Transfer