“Mançester Siti” hücumçu Erlin Halandla yeni müqavilə imzalamaqda maraqlıdı.
Corner.az xəbər verir ki, “şəhərlilər” 22 yaşlı forvarda daha uzunmüddətli sözləşmə təklif edəcək.
Premyer Liqa klubunu bu addımı atmağa vadar edən səbəb “Real”ın Halandla maraqlanmasıdı. İngiltərə çempionu yeni müqavilə sayəsində bombardirini itirmək təhlükəsindən qurtulacaq.
Norveç millisinin üzvünün klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdi. Halandın həftəlik maaşı isə 400 min funt-sterlinqdi.
Qeyd edək ki, Haland 2022-23 mövsümündə bütün turnirlərdə 52 oyun keçirib, 52 qol vurub, 9 məhsuldar ötürmə verib.