“Liverpul” “Brayton”un yarımmüdafiəçisi Aleksis Makallisteri transfer edib.
Corner.az xəbər verir ki, tərəflər 2028-ci ilə qədər müqaviləyə razılaşıblar.
“Qırmızılar” yaxın müddətdə Argentina millisinin üzvünün keçidini açıqlayacaq. Dünya çempionu “mersisaydlılar”a 60 milyon funt sterlinqə başa gəlib. Makallister iki gün ərzində tibbi müayinədən keçəcək və ardından münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Aleksis Makallister bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 12 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.