1 aprel 2026. Çərşənbə

“Sumqayıt” Cənnətovu qaytardı


  • Transfer
  • 17:27 05.06.2023
  • Oxunma sayı: 101
“Sumqayıt” Cənnətovu qaytardı
Sumqayıt” yeni mövsümdə ilk transferini reallaşdırıb.

Corner.az xəbər verir ki, “Gənclik şəhəri”nin təmsilçisi sabiq qapıçısı Mehdi Cənnətovu geri qaytarıb.
 
Bir neçə gün əvvəl “Zirə”dən ayrılan Cənnətov artıq köhnə-yeni klubu ilə rəsmi müqavilə imza atıb. “Sumqayıt” tezliklə onun keçidini rəsmən açıqlayacaq.

Qeyd edək ki, “Anji”nin yetirməsi olan Cənnətov 2017-2021-ci illərdə “Sumqayıt”da çıxış edib. O, 2021-ci ildən Azərbaycan millisinə dəvət alır.

Xatırladaq ki, “Sumqayıt” qapıçı Aydın Bayramov, eləcə də Süleyman Əhmədov və Rüfət Abdullazadə ilə yolları ayırıb.






Transfer