“Qəbələ”ni tərk edəcək daha bir futbolçu bəlli olub.
Corner.az xəbər verir ki, Ramon Maçado karyerasını başqa ölkədə davam etdirəcək.
Braziliyalı hücumçu başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib. 32 yaşlı braziliyalı, ümumiyyətlə, Azərbaycanı tərk edəcək. “Sambaçı”nın maliyyə şərtləri daha yüksək olan Asiya ölkələrinin birinə köçmək ehtimalı yüksəkdir.
Qeyd edək ki, Ramon Maçado “Qəbələ” ilə bu mövsüm Azərbaycan Kubokunu qazanıb. O, Premyer Liqada keçirdiyi 32 oyunda 8 qol vurub.
Forvard “Qəbələ”yə ötən ilin yayında “Neftçi”dən keçmişdi