24 noyabr 2024. Bazar günü

Barcelona'dan Neymar açıqlaması


  • Transfer
  • 16:53 27.06.2019
  • Oxunma sayı: 673
Barcelona'dan Neymar açıqlaması
Barcelona'nın vitse-prezidenti Jordi Kardoner PSG-nin futbolçusu Neymarın Kataloniya klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Corner.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi 27 yaşlı futbolçunu yenidən heyətə cəlb etmək istəmədiklərini söyləyib: "Bildiyim qədərilə, "Barcelona" Neymarın keçidi ilə bağlı heç bir addım atmayıb. Biz onu transfer etmək istəmirik. Direktorlar Şurası bu məsələni araşdırmayıb. Amma oyunçunun belə bir istəyinin olduğunu bilir. Deyəsən, Neymar qayıtmaq arzusundadır. Ən azından bunu dilə gətirib. Ancaq heç bir danışıq olmayıb. Buna görə narahat deyilik.

Nə baş verdiyini bilmirəm. Əvvəlcə bunu aydınlaşdırmaq lazımdır. Gedən futbolçunun qayıtmaq istməməsi məni təəccübləndirmir. Çünki dünyada "Barcelona" kimi klub çox deyil. Digər futbolçular da olub, məsələn, Fabreqas, komandadan ayrılıb, sonra isə qayıtmaq istəyib. Neymar böyük futbolçudur, lakin bir anda getməyə qərar verdi. Hazırkı məqamda onunla əlaqə saxlamırıq. Ona görə də hələ danışılası heç nə yoxdur. Onun gedişi ilə bağlı xoşumuza gəlməyən bir çox məqam var. Həll olunmalı çox məsələ var".

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barcelona"da çıxış edib.





Transfer

"Lion"dan A Seriyasına
  • Transfer
  • 22:18 22.11.2024
"Lion"dan A Seriyasına