- Transfer
- 13:54 26.11.2024
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Qarabağ" klubu ilə vidalaşıb.
Corner.az-in məlumatına görə, 27 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında yazıb.
O, birgə keçirdikləri vaxta görə Ağdam klubuna təşəkkürünü bildirib: "Belə ailənin üzvü olduğum üçün xoşbəxt idim. Yaxşı, çətin dönəmlərdə mənə və komandaya dəstək göstərən hər kəsə minnətdaram. Sizə hər məqama görə çox sağ olun deyirəm, sizin üçün çox darıxacağam".
Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-ci ildən "köhlən atlar"da çıxış edib.