“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç “kral klubu”nu tərk edəcək.
Corner.az xəbər verir ki, xorvatiyalı futbolçu Səudiyyə Ərəbistanının klubu ilə müqavilə imzalayacaq.
Müqavilə 3 illik olacaq, futbolçu 120 milyon avro alacaq. Oyunçunun Xorvatiya millisinə çağırış almağa davam etmək və AVRO 2024-də iştirak etmək istədiyi qeyd olunur.
Modriçin “Real Madrid”lə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. Daha əvvəl bildirilib ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa gələ biliblər.
Yarımmüdafiəçi bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.